Ş.Koreya Pxenyan və Vaşinqton rəsmilərinin qarşıdakı görüşündən ehtiyat edir
Cənubi Koreyanın birlik nazirliyinin sözçüsü Şimali Koreyanın Pxenyan və Vaşinqton rəsmilərinin gələcək görüşləri barədə susmasının səbəbini Şimali Koreyanın mühafizəkarlığı və ehtiyat etməsi adlandırıb.
Bak Taye Hyun bu gün deyib: İndiyədək Şimali Koreya tərəfindən Pxenyan və Vaşinqton rəsmilərinin gələcək görüşləri barədə rəsmi bir reaksiya verilməyibdir.
Şimali Koreya və ABŞ-ın başçıları son zamanlar Cənubi Koreyanın vasitəçiliyi ilə mayın sonunda bir-biriləri ilə görüşmək barədə razılaşıblar. İki Koreya başçılarının görüşü də aprelin sonlarına planlaşdırılıbdır.
İki Koreya başçılarının iclası Panmuncum sərhəd kəndində keçiriləcək, amma Amerika prezidenti ilə Şimali Koreya rəhbərinin görüş məkanı hələ müəyyən edilməyibdir.
Belə bir halda bildirilibdir ki, Cənubi Koreyanın milli təhlükəsizlik idarəsinin rəisi Çun Yu Çun və bu ölkənin milli təhlükəsizlik xidmətinin rəisi Su Hun, həmin ölkənin prezidenti Mun Çje İn-in Şimali Koreyaya göndərdiyi nümayəndələrdir. Onlar bu gün Tokio və Pekinə yola düşəcəklər. Bu səfərlərdə məqsəd, Yaponiya və Çin prezidentlərilə, böhranlı Koreya yarımadası barədə fikir mübadiləsi aparmaqdır.