BMT Şri-Lanka müsəlmanlarına qarşı hücumu pisləyib
-
BMT Şri-Lanka müsəlmanlarına qarşı hücumu pisləyib
BMT baş katibinin siyasi məsələlər üzrə müavini Şri-Lankada müsəlmanlara qarşı zorakılıq və hücumları pisləyibdir.
BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman dünən Şri-Lankaya üçgünlük səfərində müsəlmanlara və onların əmlakına qarşı hücumları pisləyib və bu ölkə dövlətindən istəyibdir ki, həmin zorakılıqlara mane olsun.
Ekstremist buddistlər fevralın 28-də Şri-Lankanın Ampara şəhərində müsəlmanların mağazalarını dağıdıb, yandıraraq, onlarla toqquşublar.
Müsəlmanlar ilə ekstremist buddistlər arasındakı toqquşmalarda azı beş müsəlman yaralanıb, bir məscid də xəsarət alıbdır.
Son beş ildə buddistlərin Şri-Lankada müsəlmanların ticarət mərkəzlərinə qarşı hücumlarında bir qrup müsəlman ölüb və yaralanıbdır.
Şri-Lankadakı ekstremist buddist qruplar son günlər müsəlmanları öz müqəddəs məkanlarını dağıtmaqda ittiham edərək, onlara qarşı zorakılıqlarını şiddətləndiriblər.
Şri-Lankada müsəlmanlara qarşı zorakılıqların artması dünyada siyasi və vətəndaş qruplarının reaksiyalarına səbəb olubdur.