Amerikalı məktəblilər silah satışı qanunlarına etiraz ediblər
Amerikanın Meriland ştatının Montqomeri məntəqəsinin məktəbliləri silah satışı qanunlarına etiraz olaraq, Ağ Evin önündə aksiya keçiriblər.
Amerikanın Meriland ştatının Montqomeri məntəqəsinin yüzlərlə yeniyetmə məktəblisi çərşənbə günü Ağ Evin önündəki səkilərdə piket keçirərək, Florida ştatındaki bir orta məktəbdə baş vermiş atışmadan sonra ABŞ prezidentinin silaha nəzarət siyasəti barədə reaksiya verməsini istəyibdir.
Məktəbli aksiyaçılar öz dərslərini tətil edib, ABŞ konqresinə doğru yürüş keçirərək, konqresin önunə toblaşıblar. Bu məktəblilərin əllərində üzərlərində müxtəlif şüarlar yazılmış plakatlar olubdur. Şüarlar bu qəbildən olubdur: "Formulası sadədir: Silahı məktəbli üstəgəl silahlı müəllim, bərabərdir iki təhlükəli silaha!", "Montqomeri məntəqəsi silaha nəzarət qanununa dəstək verir!", "NRA getməlidir!", "Konqresmenlər, pul üçün deyil, xalq üçün işləyin!", "Silahı yox, uşaqları himayə edin!", "Bizi oyatsın deyə, on yeddi nəfər həlak oldu!", "Nə üçün sürücülük vəsiqəsini almaq, silah lisenziyasını almaqdan çətindir!", "Silah, sizin uşağınızı öldürməyənədək öldürücü deyildir!" və "Biz, xalq, sizdən hərəkət tələb edirik!".