ABŞ-ın nüvə anlaşmasından ehtimal olunan çıxışı Vaşinqton üçün böyük problem yaradacaq
https://azeri.sahartv.ir/news/dünya-i298817-abŞ_ın_nüvə_anlaşmasından_ehtimal_olunan_çıxışı_vaşinqton_üçün_böyük_problem_yaradacaq
İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Amerikanın nüvə anlaşmasından ehtimal olunan geri çəkilməsi və çıxmasını Vaşinqton üçün böyük problem adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2018 13:33 Asia/Baku
  • ABŞ-ın nüvə anlaşmasından ehtimal olunan çıxışı Vaşinqton üçün böyük problem yaradacaq
    ABŞ-ın nüvə anlaşmasından ehtimal olunan çıxışı Vaşinqton üçün böyük problem yaradacaq

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Amerikanın nüvə anlaşmasından ehtimal olunan geri çəkilməsi və çıxmasını Vaşinqton üçün böyük problem adlandırıb.

Seyyed Mohəmməd Kazem Səccadpur Türkiyənin Ankara şəhərində yerləşən Tub Universitetində nüvə anlaşmasının analizi yığıncağında bildirib ki, Amerikanın fəaliyyət qüdrəti onun beynəlxalq mövqeyinə görə, tənəzzül etməkdədir. O, deyib: Region gerçəklikləri İran və Türkiyənin, eləcə də digər regional aktivistlərin rolunun qabarıqlaşdığını göstərir və İranın müxtəlif məsələlərdəki idarəçilik qabiliyyəti də Amerikanın fəaliyyət dairəsini məhdudlaşdırıbdır.

Səccadpur deyib ki, nüvə anlaşmasını yalnız ani xəbərlərlə analiz etmək mümkündür. O, sonra deyib: Nüvə anlaşması hüquqi baxımdan məhdudiyyətlər yaradıbdır ki, Amerika prezidenti Donald Tramp indiyədək onu ləğv edə və ya ondan çıxa bilməyibdir.

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru söyləyib: Bütün oyunçular Amerikanın nüvə anlaşmasından ehtimal olunan çıxışı ilə müxalifdirlər və ötən bir ildən çox bir müddətdə avropalılar Amerikanı nüvə anlaşmasında qalmağa təşviq etməyə səy göstəriblər.