Rusiya ABŞ-ı Rusiya Federasiyasının daxili məsələlərinə müdaxilə etməkdə suçlayıb
https://azeri.sahartv.ir/news/dünya-i298931-rusiya_abŞ_ı_rusiya_federasiyasının_daxili_məsələlərinə_müdaxilə_etməkdə_suçlayıb
Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtonu prezident seçkiləri haqda Rusiyanın daxili məsələlərinə müdaxilə etməkdə suçlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2018 13:20 Asia/Baku
  • Rusiya ABŞ-ı Rusiya Federasiyasının daxili məsələlərinə müdaxilə etməkdə suçlayıb
    Rusiya ABŞ-ı Rusiya Federasiyasının daxili məsələlərinə müdaxilə etməkdə suçlayıb

Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtonu prezident seçkiləri haqda Rusiyanın daxili məsələlərinə müdaxilə etməkdə suçlayıb.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamentinin Rusiya prezident seçkilərinin şəffaf olmayacağına dair iddiasının ardınca, Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtonu bu ölkənin daxili məsələlərinə müdaxilə etməkdə suçlayıb. 

Rusiyanın ABŞ-dakı səfirliyi bildirib: ABŞ Dövlət Departamentinin Rusiyanın daxili məsələərində müdaxilələrinin başqa bir nümunəsi müşahidə olunur və departament hazırda yalan xəbərlərə üz tutub. 

Məlumata görə, Rusiya səfirliyi bildirib: ABŞ Rusiyada demokratiyaya zərbə vurmaq üçün bədxah səyə başlayıb. Amma heç nə əldə etməyəcək. 

Rusiyanın ABŞ-dakı səfirliyi Rusiya prezident seçkilərinin şəffaflığına tam şəkildə zəmanət verir. 

Rusiyada prezident seçkiləri 18 martda keçiriləcək.