Livanın cənubunda Fələstin milli təhlükəsizlik qüvvələrindən biri terror olunub
Fələstin milli təhlükəsizlik qüvvələrindən biri Livanın cənubunda əl-Miyə və Miyə fələstinlilərin düşərgəsində terror edilib.
Gənc Reportyorlar Klubunun məlumatına görə, Livanın cənubunda əl-Miyə və Miyə Fələstin düşərgəsində Fələstinin milli təhlükəsizlik qüvvələrindən birinin terror olunması ardınca, bu düşərgədə vəziyyət gərginləşib.
14 yanvarda da Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın rəhbərlərindən biri Məhəmməd Həmdan Beyrutun 40 km cənubunda Seydada avtomobilinin keçdiyi yolda partlayış nəticəsində ayaq nahiyəsindən yaralanıb və bu cinayəti törədənlərdən biri Livan təhlükəsizlik məmurları tərəfindən saxlanıldıqdan sonra, sionist rejimin casusluq xidmətlərinin bu hadisədəki roluna etiraf edib.
Sionist rejimin casusluq xidməti son 30 ildə dünyanın 11 ölkəsində 14 terror aktında azı 16 fələstinli və ərəb rəsmini terror edib.
Livanda on minlərlə fələstinli miqrant yaşayır. Onların əksəriyyəti bu ölkənin 12 didərgin düşərgəsi, o cümlədən Livanın cənubunda əl-Miyə və Miyə düşərgəsində yaşayır.
Uzunmüddətli razılaşmaya əsasən, Livan ordusu bu düşərgələrə daxil olmur və onların təhlükəsizliyini fələstinli qruplar təmin edir.