Bəşəriyyət əleyhinə cinayətlər ittihamı ilə Suçinin mühakiməsi vurğulanıb
Avstraliyalı vəkillər bəşəriyyət əleyhinə cinayətlər ittihamı ilə Myanma hökumətinin ali müşaviri və xarici işlər naziri əleyhinə dosye hazırlayıb və bu ölkə məhkəməsinə təhvil veriblər.
İSNA-nın məlumatına görə, Avstraliyada Cənub-Şərqi Asiya Ölkələri Birliyinin iclasında iştirak etmək məqsədilə Anq San Suçinin bu ölkəyə səfər etməsi ilə Melborn şəhərinin bir qrup vəkili Myanma hökumətinin ali müşaviri və xarici işlər naziri əleyhinə bəşəriyyətə qarşı cinayət ittihamı ilə dosye hazırlayıb və bu ölkə məhkəməsinə təqdim edib.
Bu arada Avstraliya Federal Məhkəməsinin sabiq hakimlərindən biri və bir neçə məşhur vəkil bir bəyanatda bildirib: Myanmada rohinca müsəlmanlarının repressiya edilməsinə dair etibarlı faktlar və sənədlər vardır. Bu faktlar Myanma ordusu qüvvələri tərəfindən rohinca müsəlmanları əleyhinə məqsədli və mütəşəkkil cinayətlərin törədildiyini əks etdirir.
25 avqust 2017-ci ildən Myanma ordusu və radikal buddistlərin Raxin əyalətində rohinca müsəlmanlarına hücumlarında 6 mindən çox müsəlman qətlə yetirilib, 8 min nəfər yaralanıb, təxminən 1 milyon nəfər Banqladeşə qaçıb.