Tramp öz seçki qərargahı ilə Rusiya arasında hərhansı sövdələşməni rədd edib
https://azeri.sahartv.ir/news/dünya-i299007-tramp_öz_seçki_qərargahı_ilə_rusiya_arasında_hərhansı_sövdələşməni_rədd_edib
ABŞ prezidenti Donald Tramp tvitter müsajında yazıb: Amerikanın nümayəndələr palatasının informasiya komitəsi bildirib ki, Trampın seçki kampanyası ilə Rusiya arasında heç bir sövdələşmə olmamışdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2018 06:55 Asia/Baku
  • Tramp öz seçki qərargahı ilə Rusiya arasında hərhansı sövdələşməni rədd edib
    Tramp öz seçki qərargahı ilə Rusiya arasında hərhansı sövdələşməni rədd edib

ABŞ prezidenti Donald Tramp tvitter müsajında yazıb: Amerikanın nümayəndələr palatasının informasiya komitəsi bildirib ki, Trampın seçki kampanyası ilə Rusiya arasında heç bir sövdələşmə olmamışdır.

İRİB-in verdiyi məlumata görə, Tramp tvitter mesajında bildirib: Bu gün çoxları FTB-nin yüksək səviyyələrində yalançılıq və fırıldaqçılığın olduğu qənaətinə gəlib. 

Trampın bu sözlərinə rəğmən Amerikanın ədliyyə naziri Ceferson Seşenz dünən Trampın seçki qərargahının Rusiya ilə əlaqədə olması işində şahid qismində iştirak edən Federal Təhqiqat Bürosunun keçmiş sədr müavini Androu MkKabini məlumatları qeyri-qanuni şəkildə ifşa etmək ittihamı ilə qovmuşdur. 

MkKabi sözü gedən dosiyada əsas şahidlərdən biridir və FTB-nin keçmiş rəhbəri Ceyms Kominin bu barədəki şahidliyini gücləndirə bilər. 

Moskva ABŞ seçkilərində müdaxiləsi barədək iddiaları dəfələrlə rədd edib.