Amerika Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib
https://azeri.sahartv.ir/news/dünya-i299029-amerika_venesuelaya_qarşı_yeni_sanksiyalar_tətbiq_edib
ABŞ prezidenti Venesuelaya qarşı əsassız iddialarının davamında bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2018 10:40 Asia/Baku
  • Amerika Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib
    Amerika Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ prezidenti Venesuelaya qarşı əsassız iddialarının davamında bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.

Tlesurun verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Venesuelanın virtual pulu Petroya qarşı yeni sanksiyaları elə bir şəraitdə tətbiq edib ki, Venesuela dövləti bu pul vahidini icad etməkdə məqsədin ölkədə iqtisadi sabitlik yaratmaq olduğunu bildirmişdi. 

Məlumata görə, cari miladi ili fevralın 20-dən satışa buraxılan Petro ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar və iqtisadi müharibə ilə mübarizə məqsədi ilə yaradılıb. 

Venesuela prezidenti Nikolas Madoro ötən ay bildirdi ki. bu virtual və dicital pul Venesuelanın maliyyə müstəqilliyinin gücləndirilməsi məqsədi ilə yaradılıb və pul köçürmələrini asanlaşdırır və maliyyə blokadaya qələbəni mümkün edəcək. 

Venesuela dövləti indiyədək Petronun satışından 5 milyard dollar gəlir əldə edib.