Trampın cəfəngiyyatları
-
Trampın cəfəngiyyatları
Tramp səud şahzadəsilə görüşdə öz cəfəngiyyatlarını təkrar edərək, deyib: İran anlaşması məsələsi bir daha qaldırılacaq və görəcəksiniz ki, nə edirəm.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə səud vəliəhdi Muhəmməd bin Salman ilə görüşdə nüvə anlaşması haqda belə deyib: Görək, nə baş verir. İran anlaşması məsələsi bir aya və ya ondan bir az o yana, bir daha qaldırılacaq və görəcəksiniz ki, nə edirəm.
O, iddia edib ki, İran dünyanın o hissəsi və dünyanın özü ilə münasib rəftara malik olmayıb. İranda bir çox pis hadisələr baş verib. Anlaşma məsələsi bir aydan sonra qaldırılacaq və görəcəksiniz ki, nə baş verir.
ABŞ prezidenti deyib: Biz Səudiyyə Ərəbistanı ilə geniş əlaqələrə malikik.
Tramp söyləyib: Böyük qürur duyuram ki, vəliəhd bizim kənarımızdadır. Səudiyyə Ərəbistanı çox yaxşı dostdur və Amerikada bir çox investisiyalar həyata keçirib, təchizatlar və digər şeylərin böyük alıcısıdır. Mən may ayında Səudiyyə Ərəbistanında idim. Yüz milyardlarla dolları özümlə Amerikaya gətirdim və bunu dərk edirəm və onlar da dərk edirlər.
O, bir plakatı göstərərək, deyib: Qəbul edilmiş və hazırda istehsal olunan şeylərdən biri tezliklə Səudiyyə Ərəbistanına təhvil veriləcək.
Bunun əsl mənası da bir çox iş yerlərinin yaradılmasıdır və söhbət, qırx mindən yuxarı iş fürsətindən gedir. Biz dünyanın ən yaxşı təchizatlarını düzəldirik ki, bir kəs hətta ona yaxın olanını belə düzəltmir. Səudiyyə Ərəbistanı bu təchizatların böyük bir hissəsini satın alır və çoxları da onların düzəldilməsi üçün iş fürsəti əldə edirlər ki, əlbəttə, təkcə bizim üçün deyildir. Bizim yeddi trilyon dollarlıq hərbi büdcəmiz var və bu rəqəm, gələn il 7 trilyon 60 milyard dollar olacaqdır.
Bin Salman da bu görüşdə deyib: Olduqca minnətdaram, cənab prezident. Amerika-Səudiyyə Ərəbistanı əlaqələri olduqca qədim əlaqələrdir və biz Yaxın Şərqdə Amerikanın ilk və ən qədim müttəfiqiyik. Bizim ittifaqımızdan səksən il ötür və iqtisadi, təhlükəsizlik və müxtəlif sahələr baxımından geniş maraqlar mövcuddur. Siz hərbi razılaşmalar barədə danışdınız. Hazırda bu razılaşmaların yarısı icra edilib və onun tam icrasının məbləği, 4 trilyon dollar olacaqdır.
Tramp deyib: Mən prezident Putinlə telefonla söhbət etdim. Seçkilərdəki son qələbəsi münasibətilə onu təbrik etdim. Yaxşı söhbət idi və zənnimcə, o qədər də uzaq olmayan bir gələcəkdə nəzarətdən çıxmaqda olan silahlanma yarışı barədə danışacağıq. Lakin heç kəsə hətta bizim malik olduğumuza yaxın bir şeyə malik olmaq icazəsi verməyəcəyik.