Mart 22, 2018 09:52 Asia/Baku
  • Afinada aksiya
    Afinada aksiya

Yunanıstan polisi dünən Afinada özəl əmlakın satışına etiraz edənlərə qarşı bibər qazından istifadə edib.

Aksiyaçılar müsadirə olunmuş əmlakın tender yolu ilə satışa çıxarılmasına etiraz üçün Afinada əmlak idarəsi qarşısına toplaşıbmışlar. 

Etirazçılar idarəyə daxil olmağa cəhd göstərərkən polisin maneəsi ilə üzləşiblər və polis aksiyaçılara qaşrı bibər qazından istifadə edib. 

Solçu faallar son həftələr ərzində onlayn tenderlərə qarşı notariuslar qarşısında piketlər təşkil edirlər. 

Yunanıstan dövləti kredit verən maliyyə müəssisələrinin banklara olan məhdudiyyətləri aradan qaldırmaq üçün göstərdikləri təzyiqləri ilə üz-üzədir. 

Bu təzyiqlər kreditlərin qaytarılmasındakı təxirlərlə əlaqədardır. Tenderlər Yunanıstanın borclulardan kompensasiya almaq üzrə müzakirələrinin açar hissəsidir. Yunanıstan dövlətinə görə bu tenderlər bankların tələblərinin əldə olunması üçün zərurət daşıyır. 

Bu etirazlara münasibətdə Yunanıstan hökuməti 300 min avro dəyərində olan bəzi vətəndaşların əmlakının tenderə qoyulmayacağına söz verib. 

Teqlər