Britaniyanın Rusiyaya qarşı iddiaları əsassızdır
Kreml Britaniya rəsmilərinin keçmiş rus agent Skripalın zəhərlənməsi ilə əlaqədar Rusiyaya qarşı ittihamlarındakı ziddiyyətli məqamlara toxunaraq bu ittihamların əsassız olduğunu bildirib.
Sputnikin verdiyi məlumata görə, Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov deyib: Britaniya rəsmiləri hansısa araşdırma aparmadan, Salzburidə sinir qazı ilə edilən hücumda Rusiyanın məsuliyyət daşıdığını düşünürlər.
Dmitri Peskov deyib: İlkin ittihamlar hadisədən bir neçə saat sonra özü də britaniyalı siyasətçilər tərəfindən səsləndirildi, bu gün isə kimiyəvi silahları qadağan edən təşkilatın ekspertlərinin dilindən bu barədə araşdırmanın təxminən 3 həftə zamana ehtiyaclı olduğunu eşidirik. Bu ziddiyətli məqam deyilmi? Əlbəttə ki ziddiyyətli məqamdır.
Peskov deyib: Rusiyanın 2010-cu il casus mübadiləsi əməliyyatında Britaniyaya təhvil verilmiş Skripalı məhv etməyə maraqlı olmasına heç bir səbəb yoxdur. Bu ikitərəfli casusa Britaniyaya həssas məlumatlar ötürdüyü üçün 2006-cı ildə Rusiyada hökm çıxarıldı, amma əfv olunduqdan sonra ona Britaniyaya köçmək icazəsi verildi.
Rusiyanın səfiri də Amerikanın Rusiyanı Skripala hücumda məsuliyyət daşımaqda ittihamlandırmasını pisləyib. O deyib: Vaşinqton Rusiya ilə danışıqlarda zorakı danışıq tərzindən çəkinməlidir. Rusiya Vaşinqtondan Rusiyanın məsuliyyət daşımasına dəlalət edən faktları təqdim etməsini, əks təqdirdə Rusiyadan üzr istəməsini tələb edib.