Əssisi: Misir çox partiyalı seçkilərə hazır deyil
Misir prezidenti deyir ki, ölkəsi çox partiyalı seçkilər keçirməyə hazır deyil.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Əbdül-Fəttah Əl-Sisi Misir xalqını seçkilərdə "yox" səsi də verərsə, mütləq iştirak etməyə çağırıb.
Əl-Sisi yazılmış video müraciətində iddia edib ki, 10 ən layiqli namizədlə rəqabət etmək istəyirmiş, amma şərait hazır olmadığından bu arzu reallaşmayıb.
Əl-Sisi buna görə onun günahkar olmadığını deyib.
Əl-Sisinin yeganə rəqibi Musa Mustafa Musa Misir prezident seçkilərində onun siyasətlərinə tabe simalardan biri hesab olur.
Misir hökumətinin müxalifləri və tənqidçiləri iki namizəd arasında ciddi rəqabətin olmadığını deyirlər ona görə ki, Musa Mustafa bir dəfə də olsun Əl-Sisini tənqid etməyib.
Misir müxalifəti bu seçkiləri boykot edib.
Misirdə prezident seçkiləri 26-28 martda keçiriləcək.