Mart 23, 2018 12:49 Asia/Baku
  • Çin: ABŞ ilə ticarət savaşını sonadək davam etdirəcəyik
    Çin: ABŞ ilə ticarət savaşını sonadək davam etdirəcəyik

ABŞ prezidenti tərəfindən Çinə qarşı yeni ticarət məhdudiyyətləri və rüsumlarının tətbiq edilməsindən sonra bu ölkənin Vaşinqtondakı səfiri deyib ki, Pekin ABŞ ilə ticarət savaşını sonadək davam etdirəcək.

Amerika prezidenti Donald Tramp Vaşinqton vaxtı ilə dünən axşam bir sənəd imzalayıb. Bu sənədə əsasən, Çinə qarşı yeni ticarət məhdudiyyətləri və Çin məhsulları üçün altmış milyard dollar dəyərində yeni rüsumlar tətbiq ediləcək.

ABŞ prezidenti deyir ki, Çin bu malların istehsalı üçün qeyri-düzgün yollarla Amerika texnologiyasına yiyələnibdir. O, həmçinin Çini Amerikada altmış min zavodun və altı milyon iş yerinin məhv olmasına bais olmaqda ittiham edib.

ABŞ prezidenti özünün ötənaykı mövqeyindən geri çəkilərək, özünün altı ticarət şəriki və Avropa Birliyi üçün polad və alüminiuma yeni rüsumlar tətbiq etməyi dayandırmaq niyyətindədir.

Amerikanın ticarət nümayəndəsi Robert Laythayzer deyib ki, Tramp hələlik Avropa Birliyi üçün polad və alüminiuma yeni rüsumları tətbiq etməyəcək. 

ABŞ senatının iclasında çıxış edən Laythayzer əlavə edib: Digər ölkələr də bu qanundan müstəsna olmaq barədə müzakirələr aparmaqdadırlar. O, Kanada, Meksika, Avstraliya, Argentina, Braziliya və Cənubi Koreyanı bu ölkələr sırasında sadalayıb.

Çinin Vaşinqtondakı səfiri Trampın qərarını "himayə mahiyyətli birtərəfli addım" adlandırıb. O, Pekinin bu məsələ ilə son dərəcə müxalif olduğunu vurğulayıb. O, Çinin ticarət savaşı aparmaq istəmədiyini bildirib və belə deyib: Yox əgər ticarət müharibəsi Amerika tərəfindən başladılarsa, onda Çin özünün qanuni maraqlarını müdafiə etmək üçün sonadək vuruşacaqdır.

Trampın Çin ilə ticarət savaşına başlaması, eləcə də bu ölkəyə qarşı yeni idxalat rüsumları təyin və investisiya məhdudiyyətləri tətbiq etmək barədə sənəd imzalamasına reaksiyada Amerika birjasının göstəricisi şiddətli dərəcədə tənəzzül edibdir.

Teqlər