Fransa polisinin etirazçılara qarşı amansız rəftarı
Həmkarlar ittifaqlarının Fransanın bəzi şəhərlərində Makronun islahatlarına qarşı aksiya və tətilləri zorakılığa gətirib çıxarıbdır.
Minlərlə nəfər Fransa prezidenti Emmanuel Makronun islahatlarına etiraz olaraq, Paris küçələrində aksiya keçirib və bu aksiya polisin müdaxiləsilə zorakılığa gətirib çıxarıbdır.
Marseldəki aksiyaçıların əllərində tutduqları plakatların üzərində bunlar yazılıbmış: "Bu, sosial savaşın elan olunmasıdır, hamımız bu savaşda qalib gələcəyik!"
Marseldə polis ilə aksiyaçılar arasındakı kobud toqquşmalar zamanı bəzi satış mərkəzlərinin şüşələri sındırılıbdır.
Fransanın müxtəlif şəhərlərində tətil və etirazlar Makronun əmək qanunu üzrə islahat layihəsinə əsasən, sahibkarların fəhlələri işə götürmək və işdən çıxarmaq sahəsində daha çox ixtiyara malik olmaları aydın olandan sonra formalaşıbdır.