BMT: Yəməndə 6100 mülki öldürülüb
-
BMT: Yəməndə 6100 mülki öldürülüb
BMT bildiribdir ki, ötən üç ildə Yəməndə 1500-i uşaq olmaqla 6100 nəfər öldürülüb.
BMT-nin insan haqları üzrə baş komissarının müavini Keyt Gilmor bir bəyanat yayaraq xəbərdarlıq edibdir ki, 2015-ci ildə Ərəbistanın və müttəfiqlərinin əməliyyatı ilə başlanmış Yəmən savaşında mülkilərin tələfatının sayı günbəgün artmaqdadır.
Gilmor Yəməndə mülkilərin qırğın edilmələrinin əsas amilni Ərəbistanın komandanlığı altında olan koalisiya qırıcılarının bombardmanı adlandırıbdır.
BMT-nin insan haqları üzrə baş komissarının müavini Yəməndə milli təhqiqat komitəsində döyüş nəzarətçisi kimi fəaliyyət göstərmiş insan haqları üzrə fəal Riham Bədr Əlzəbhaninin öldürülməsinə toxunaraq, deyib: Bədr Əlzəbhani də Ərəbistan ordusunun ötən fevralda Yəmənin Təiz vilayətinə qarşı hava hücumunda öldürülübdür.
Ərəbistan rejiminin Yəmənə qarşı hərbi hücumu martın 26-da dördüncü ilə daxil olacaqdır.
2015-ci ilin martından bəri Ərəbistan rejiminin Yəməndəki cinayətlərinin davam etməsi bu ölkədə insan durumunun ağırlaşması ilə nəticələnib və 22 milyon nəfərdən çox insanı humanitar yardımlar almağa ehtiyaclı edibdir.