Trampın anti-Qüds qərarından sonra yüzlərlə fələstinli uşaq həbs edilib
Fələstin əsirlər mərkəzi bildirib ki, ABŞ prezidenti Donald Trampın anti-Qüds qərarı elan edildikdən bu günədək Qüds və İordan çayının qərb sahilində sionistlər 562 fələstinli uşağı həbs ediblər.
ABŞ prezidenti Donald Tramp 2017-ci il 6 dekabrda Qüdsü İsrailin paytaxtı tanıyaraq Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə təlimat verdi.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Fələstin əsirlər mərkəzi bildirib ki, sionist rejim son illər ərzində fələstinli uşaqların həbsini genişləndirib və son aylarda uşaqların həbsi halları daha da artıb və son aylarda saxlanılanların 25 faizi uşaqlardan ibarətdir.
Əsirlə mərkəzi bildirib: Sionist rejim beynəlxalq qanunlara zidd olaraq fələstinli uşaqların həbsi və onlara qarşı zalım hökmlərin verilməsini qanuniləşdirir və bəzi uşaqları hərbi məhkəməyə verir.
Fələstinli əsirlər mərkəzi əlavə olaraq bildirib: Sionist rejim həbsxanalarında saxlanılan fələstinli uşaqlar fiziki və psixi işkəncələrə məruz qalırlar, onlarla kobud rəftar edilir və sionis rejim onların bütün hüquqlarını tapdalayır.
Fələstinli əsirlər mərkəzi bütün daxili və beynəlxalq tərəfləri fələstinli uşaqlara qarşı öz məsuliyyətlərini yerinə yetirməyə, sionist rejim həbsxanalarında saxlanılan yüzlərlə fələsitnli uşaqın azadlığı üçün təşəbbüs həyata keçirməyə çağırıb.
Fələstinli rəmilərin dediklərinə görə, İsrail həbsxanalarında 6500 fələstinli saxlanılır.