Tramp ifratçıları vəzifəyə təyin etməklə bac almaq istəyir
-
Tramp ifratçıları vəzifəyə təyin etməklə bac almaq istəyir
ABŞ prezidenti öz hökumətində ifratçı fiqurları vəzifəyə təyin etməklə digər ölkələrdən bac almaq niyyətindədir.
Əl-Məyadin telekanalı bir reportajda bildirib ki, Donald Trampın öz təbliğat planını gücləndirmək üçün Vaşinqtondakı " qartallara" arxalanması gözlənilən idi ona görə ki, Bolton və Mayk Pompeo kimilər Trampın nəzərdə tutduğu siyasətləri müdafiə edə bilərlər.
Bu reportajda deyilir: Bəlkədə Trampın müharibə təblini çaldığı nəzərə gəlir amma müşahidəçilərə görə o daha çox öz prezidentlik mövqeyini və hərbi güc elementlərini gücləndirmək istəyir və bu yolla rəqibləri və düşmənlərindən bac almağı düşünür.
Əl-Məyadin Tramp üçün ən önəmli olan başqalarının ABŞ-ı sevmələri deyil, Amerikadan qorxması olduğunu bildirərək əlavə edir ki, Demokrat Partiyasının rəhbərləri Trampın Con Boltonu Milli Təhlükəsizlik müşaviri vəzifəsinə təyin edilməsini qınadılar və Respublikaçı rəhbərlər də onu soyuq qarşıladılar.
Əl-Məyadinin bildirdiyinə görə, müşahidəçilər bildirirlər ki, Trampın qartallara arxalanması, müxtəlif dosiyalar o sıradan da Şimali Koreya və İran mövzularındakı müzakirələrdə ABŞ-ın mövqeyini gücləndirmək məqsədini güdür.