Əşrəf Qəni: Əfqanıstan İranla əlaqələri genişləndirmək istəyir
-
Əşrəf Qəni: Əfqanıstan İranla əlaqələri genişləndirmək istəyir
Əfqanıstan prezidenti dünən Kamal Xərrazinin başçılıq etdiyi İran İslam Respublikasının xarici əlaqələr üzrə strateji şurasının nümyəndə heyətilə görüşdə bu heyətin Kabilə səfərini dəyərli adlandırıb və qarşılıqlı əlaqələrin genişlənməsini vurğulayıb.
Mohəmməd Əşrəf Qəni bu görüşdə novruz bayramı münasibətilə İranın xalqı və dövlətini təbrik edərək, iranlı heyətin Əfqanıstana səfərini qarşılıqlı əlaqələrin inkişafı istiqamətində dəyərləndirib.
İran İslam Respublikasının xarici əlaqələr üzrə strateji şurasının sədri Kamal Xərrazi də İslam İnqilabının Böyük Rəhbərinin və İran xalqının novruz təbrikini Əfqanıstanın xalqı və dövlətinə çatdıraraq, deyib ki, İran və Əfqanıstan tarixi əlaqələrə, həmçinin müştərək dil və mədəniyyətə malikdirlər.
İran İslam Respublikasının xarici əlaqələr üzrə strateji şurasının sədri İranın müxtəlif sahələrdə Əfqanıstanla həmkarlığa hazır olduğunu bildirib. O, vurğulayıb ki, İran İslam Respublikası əfqanlar arasında sülh prosesinə dəstək verir.
Tərəflər terrorizm təhdidləri, eləcə də ölkədən kənar və beynəlxalq terror şəbəkələri ilə birgə mübarizə sahəsində əməkdaşlıq, regional qovşaq üzrə iri layihələrin icrası, İranın cənubundakı Çabəhar limanının inkişaf etdirilməsi, ixracat və idxlatda müvazinət və iqtisadi həmkarlıqlar xüsusiyyət təşkil etməklə hərtərəfli münasibətlərin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.