Barselonada etiraz aksiyaları keçirilib
İspaniyanın Kataloniya bölgəsinin vəzifəsindən kənarlaşmış başçısı Karlos Pocdmunun Almaniyada həbs edilməsindən sonra dünən minlərlə əhali Barselonada Kataloniya bayraqları daşıyaraq bu həbsə qarşı öz etirazlarını bildiriblər.
İRİB-in verdiyi məlumata görə, Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarları siyasi məhbuslara dəstək şüarları səsləndiriblər, Karlos Pocdmunun azad edilməsini istəyiblər.
Barselona polisi İpaniyanın mərkəzi hökumətinin Kataloniyadakı nümayəndəsinin ofisinə yaxınlaşmaq istəyən aksiyaçılarla toqquşub.
Almaniya polisi dünən İspaniya Ali Məhkəməsinin qərarına əsasən İspaniyanın Kataloniya əyalətinin vəzifəsindən kənarlaşdırılmış başçısı Karlos Pocdmunu Almaniya-Danimarka sərhəddində həbs edib.
Kataloniyaya müstəqillik elan etdiyinə görə Pocdmuna qarşı İspaniya məhkəməsində cinayət işi qaldırıldıqdan sorna o altı ay öncə Belçikaya qaçmışdı.