Mart 26, 2018 16:28 Asia/Baku
  • Tayvan təyyarələri Çin təyyarələrini izləyiblər
    Tayvan təyyarələri Çin təyyarələrini izləyiblər

Tayvanın bir neçə hərbi təyyarəsi bu ölkənin cənubunda Tayvan Boğazı üzərində Çinin hərbi təyyarələrini izləyiblər.

Bu hadisə iki ölkə arasında ən son çaxnaşma hesab olunur. 

Röytersin verdiyi məlumata görə, Tayvanın Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanata görə, Çin sözü gedən boğaz üzərində Sakit okeanın qərbinə doğru hərbi təyyarələrin uçuşunu təşkil edib. 

Bəyanatda deyilir ki, Tayvanın hərbi təyyarələri Çinin qırıcılarını öz bazalarına qayıtmalarınadək izləyib. 

Tayvan ötən mart ayının 21-də də Tayvan boğazından keçməkdə olan Çinin təyyarə daşıyan donanmasını təyyarə və gəmi vasitəsi ilə izləmişdi. 

Çin Tayvanın öz ərazisinin bir hissəsi hesab edir. 

Teqlər