Ağ Ev: Tramp nüvə anlaşmasından çıxmağa hazırdır
-
Ağ Ev: Tramp nüvə anlaşmasından çıxmağa hazırdır
Tramp bir daha İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasına “düzəliş” edilməsini istədi. Əks təqdirdə anlaşmadan çıxacağı ilə təhdid edib.
Ağ Ev bir daha İran ilə nüvə anlaşmasının mətninə dəyişikliyin edilməsini istəyib. Əks təqdirdə Trampın bu anlaşmadan çıxacağını bildirib.
İranın BMT-dəki daimi səfiri Qulaməli Xoşru isə yaranmış vəziyyəti belə dəyərləndirir: “Təəssüflər olsun ki, Tramp hökuməti iqtidara gəldiyi andan beynəlxalq müqavilələr və anlaşmalardan çıxmaq siyasətini qarşıya məqsəd qoyub. Paris İqlim Anlaşması və İran ilə 5+1 Qrupu arasındakı nüvə anlaşması bu qəbildəndir. Ağ Ev təhdid, zorakılıq və təzyiq yolu ilə bu kimi anlaşmalardan daha artıq güzəştlər əldə etmək istəyir.”
Amerikalı yazar və jurnalist Daq Henvu isə deyir: İqtidarda qalsaydı, öncəki dövlət də bir gün bu nöqtəyə gəlmiş olacaqdı: “İlk olaraq deməliyəm ki, indi iqtidarda Obama və ya Klinton olsaydı belə, bu gün nüvə anlaşması barədə Trampın durduğu nöqtədə olacaqdılar. Anlaşmanı pozmaq üçün bir bəhanə tapacaqdılar.”
Nüvə anlaşması BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş beynəlxalq bir nüvə anlaşmasıdır. Və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu anlaşmanın icrasına nəzarət edən yeganə qrum olaraq İranın öz öhdəliklərinə tam formada əməl etdiyini dəfələrlə təsdiq edib.