Mart 28, 2018 09:36 Asia/Baku
  • Şimali Koreya lideri Pekində Çin prezidenti ilə görüşüb
    Şimali Koreya lideri Pekində Çin prezidenti ilə görüşüb

Şimali Koreya lideri iqtidara gəldikdən sonra ilk dəfə olaraq Pekində Çin prezidenti ilə görüşüb və iki tərəf Koreya yarımadasının prosesləri və iki tərəfi maraqlandıra məsələlər haqda danışıqlar aparıb.

Sin Xoa İnformasiya Agentliyinin məlumatına görə, 25-28 martda üç günlük səfər məqsədilə xüsusi qatarla Çinə gedən Şimali Koreya lideri Kim Çen In Çin prezidenti Si Tsinpinlə görüşüb və ikitərəfli məsələlər haqda danışıqlar aparıb. 

Kim Çen In Çin prezidenti ilə görüşdə ABŞ-la birgə iclasın keçirilməsinə hazır olduğunu bildirib. 

Şimali Koreya lideri həmçinin Si Tsinpini arxayın edib ki, Koreya yarımadasının nüvə tərksilahına sadiqdir. 

Şimali Koreya liderinin Pekinə qeyri-rəsmi səfəri Çin prezidentinin dəvəti ilə baş tutub. Çin prezidenti də bu görüşdə Kim Çen Inın xüsusi zaman kəsiyində Çinə səfərini əhəmiyyətli adlandırıb və deyib: Bu səfər iki ölkənin ikitərəfli münasibətlərə sadiq qaldığını əks etdirir. 

Çin prezidenti Pekin-Pxenyan münasibətlərində dəyişiklik üzrə dörd təklif, yüksək səviyyədə əlaqələrin davam etməsi, önəmli məsələlər haqda birgə baxış məqsədilə strateji əlaqələrin icra olunması, dinc proseslər və ikitərəfli əməkdaşlıqların aktiv şəkildə irəlilədilməsi, Çin və Şimali Koreya xalqlarının əlaqələrinin gücləndirilməsini təklif edib. 

Şimali Koreya liderinin Pekinə səfəri və Çin prezidenti ilə görüşü onun ABŞ prezidenti ilə tarixi görüşündən öncə baş tutub. Bu görüşün 2018-ci ilin may ayında baş tutması qərara alınıb. 

 

Teqlər