Dünya Con Boltonun seçilməsi ilə daha da təhlükəli olub
Mart 28, 2018 09:52 Asia/Baku
Britaniya Müharibənin Dayandırılması Koalisiyası çərşənbə axşamı günü bir bəyanatda ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun militarist siyasətləri haqda xəbərdarlıq edib.
İRNA-nın məlumatına görə, Britaniya Müharibənin Dayandırılması Koalisiyası bu bəyanatda bildirib: Boltonun seçilməsi ilə ABŞ prezidenti Donald Trampın öz hücum xarakterli siyasətlərindən geri çəkilməsi ehtimalı sıfıra endi.
Bu bəyanatda bildirilir: Dünya Con Boltonun Trampın milli təhlükəsizlik müşaviri seçilməsi ilə daha da təhlükəli olub. Çünki o ötən iki dekadada hücum siyasətlərinin tərəfdarı olmuşdur.
ABŞ-ın bir çox rəsmisi və tanınmış şəxsiyyəti də Boltonun milli təhlükəsizlik müşaviri olaraq təyin olunmasından nigaranlıq edib.