Trampa rəğbət minimuma enib
Mart 28, 2018 09:53 Asia/Baku
Yeni rəy sorğusunun nəticələri ABŞ prezidenti Donald Trampa rəğbətin son aylarda minimum səviyyəyə endiyini göstərir.
Fars Xəbər Agentliyinin məlumatına görə, Public Policy Müəssisəsinin rəy sorğusuna əsasən, Trampa rəğbət hazırda 39%-ə enib. Bu, onun iqtdara gəldiyi zamandan sonra ən aşağı göstəricidir.
Rəy sorğusuna görə, ABŞ vətəndaşlarının 56% prezidentin hərəkətlərini təsdiqləmir.
Rəy sorğusunda iştirak edən respondentlərin 52% isə Trampın yalançı olduğu qənaətindədir.
54% də onun öz seçki şüarlarını yerinə yetirmədiyini deyir.