Şimali Koreya lideri ABŞ və Cənubi Koreyanın mövqelərinin dəyişilməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/dünya-i300108-Şimali_koreya_lideri_abŞ_və_cənubi_koreyanın_mövqelərinin_dəyişilməsini_vurğulayıb
Şimali Koreya lideri ABŞ və Cənubi Koreyanın Pxenyan qarşısındakı mövqeyinin dəyişilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2018 08:13 Asia/Baku
  • Şimali Koreya lideri ABŞ və Cənubi Koreyanın mövqelərinin dəyişilməsini vurğulayıb

Şimali Koreya lideri ABŞ və Cənubi Koreyanın Pxenyan qarşısındakı mövqeyinin dəyişilməsini vurğulayıb.

İRNA-nın məlumatına görə, Şimali Koreya lideri Kim Çen In çərşənbə axşamı günü Pekində etdiyi çıxışında Koreya yarımadası böhranının həllinin ABŞ və Cənubi Koreyanın funksiyasına bağlı olduğunu bildirib və deyib: ABŞ və Cənubi Koreya rəsmiləri xoşməramlılıq göstərərlərsə, onlarla müzakirə aparmaq olar. 

Şimali Koreya lideri Kim Çen In ötən gün Pekində Çin prezidenti Si Tsinpinlə görüşdə Koreya yarımadası böhranınn həlli ardınca olduğunu deyib. 

Şimali Koreya liderinin Pekinə qeyri-rəsmi səfəri Çin prezidentinin dəvəti əsasında baş tutub.