Mart 29, 2018 09:10 Asia/Baku
  • Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı cinayətləri davam edir

Myanmanın Raxin vilayətində cərəyan edən cinayətlərlə bağlı yayımlanan yeni video-görüntülər Ruhunqa müsəlmanlarının yaşadığı kəndlərin Myanma ordusu tərəfindən yağmalanması və dağıdılması prosesinin hələ də davam etdiyini deməyə əsas verir.

İRNA-nın məlumatına görə, Myanmanın Raxin vilayəti ilə bağlı ən son video-görüntülərdə Mynama ordusu Minqdava məntəqəsində müsəlmanların evlərinə hücum edərək, onları qarət edir, sonra da yandırır. 

Bu məlumata görə, Myanma hökuməti jurnalistlərin Raxin vilayətinə daxil olmasına və baş verənlərlə bağlı reportaj hazırlamalarına icazə vermir. Buna baxmayaraq, bu yeni video görüntülərin müəllifi bəzi myanmalı hərbçilərə külli miqdarda pul ödəyərək, Raxin vilayətinə daxil olmağı və bu videonu çəkməyi bacardığını deyir. 

25 avqust 2017-ci ildən başlayaraq Myanma ordusu Raxin vilayətində Ruhinqa müsəlmanlarının yaşadığı məntəqələri intensiv şəkildə hücumlara məruz qoyaraq, onların yaşadıqları kəndləri məhv edir. Bu cinayətkar davranış indiyə kimi 10 mindən çox insanın ölməsinə, təqribən bir milyon insanın öz vətənindən didərgin düşərək, Banqladeşə sığınmasına səbəb olub. Dünya bu cinayətlara göz yumur. 

Teqlər