Myanmanın yeni prezidentinin andiçmə mərasimi
Mart 30, 2018 17:57 Asia/Baku
Myanmanın yeni prezidenti andiçmə mərasimində insan haqları və demokratiyaya riayət etməyi vəd edib.
İRNA-nın məlumatına görə, Vin Mint cümə günü Myanmanın yeni prezidenti olaraq andiçmə mərasimində bildirib ki, demokratiyanın bərpa olunması, insan haqları və ictimai vəziyyətin yaxşılaşdırılması üçün var-gücü ilə çalışacaq.
Heat Kiaonun istefasından sonra parlamentin səsverməsi ilə prezident seçilən Vin Mİnt xarici işlər naziri və hökumətin ali müşaviri Anq San Suçinin müttəfiqlərindəndir.
İnsan haqlarını dəstəklədiyini iddia edən Anq San Suçi Myanma ordusunun rohinca müsəlmanlarına qarşı cinayətləri haqda sükut edib.