Mart 31, 2018 11:18 Asia/Baku
  • Amerikalı gənclər Trampdan narazıdırlar
    Amerikalı gənclər Trampdan narazıdırlar

Ən son rəy sorğusuna əsasən Amerikalılar bu ölkə prezidenti Donald Trampdan narazıdırlar.

Asoşeyted Press və NORC araşdırmalar mərkəzi tərəfindən birgə şəkildə həyata keçirilmiş rəy sorğusuna əsasən, amerikalı gənclər ABŞ prezidenti Donald Trampı irqçı hesab edir və onun psixoloji baxımdan ölkəni idarə edəcək şəxs olmadığını düşünürlər. 

Amerikalı gənclərin təqribən 60%-i Trampın ruhi baxımdan prezidentliyə layiq olmadığını bildiriblər. 

Bu rəy sorğusuna görə, respondentlərin 62%-i Trampı ümumiyyətlə fırıldaqçı hesab edir. Respondentlərin 63%-i isə Trampın irqçi olduğunu düşünür. 

Bu rəy sorğusuna görə, 15-34 yaş aralığına malik olan hər 10 nəfərdən 7-si Trampın onların şəxsi dəyərlərini əks etdirmədiyini hesab edirlər. 

Bu rəy sorğusu, Amerikada gənc nəslin Trampla bağlı düşüncələrinin öyrənilməsi çərçivəsində keçirilməli olan silsilə araşdırmaların ilk mərhələsidir. 

Bu rəy sorğusunun bəzi iştirakçıları 2020-ci ildə keçiriləcək prezident seçkilərində səsvermə haqqına malik olan şəxslərdirlər. 

Teqlər