Apr 02, 2018 10:10 Asia/Baku
  • Çinin kosmik stansiyası süqut etdi

Çinin kosmik stansiyası Sakit Okeana süqut edib.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, Çinin Aviasiya və Ksomonavtika Təşkilatı bu ölkəyə aid olan "Tyan Qunq - 1" kosmik stansiyasının bazar ertəsi günü səhər Braziliya yaxınlığında Sakit okeana süqut etməsindən xəbər verib. 

Pekin Kosmik Araşdırmalar Mərkəzinin yaydığı məlumata görə, bu kosmik stansiya yerə süqut etməzdən öncə atmosferdə yanıb və yerə onun sadəcə kiçik qalıqları gəlib çatıb. 

 

Teqlər