Apr 02, 2018 10:10 Asia/Baku
  • Çin - Amerika ticarət müharibəsi genişlənir

Çin Vaşinqtonun bu ölkə məhsulları üçün yeni gömrük taarifləri təyin etməsini cavabsız qoymayaraq, ABŞ istehsalı olan 128 məhsul üçün gömrük rüsumlarını artırıb.

ABŞ prezidenti Donald Tramp 22 mart tarixində bir sənəd imzalayaraq, Çindən idxal edilən və ümumi dəyəri təqribən 60 milyard dollar olan məhsullar üçün yeni gömrük rüsumu təyin edib. Həmçinin, Çinə qarşı bir sıra məhdudiyyətlər tətbiq edib. 

Çinin Maliyyə Nazirliyi də bazar günü axşam bir bəyanat yayaraq, ABŞ istehsalı olan məhsullar üçün yeni gömrük rüsumları təyin etdiyini bildirib. Yeni gömrük rüsumları bazar ertəsi günündən qüvvəyə minib. 

Mediaların verdikləri məlumatlara görə, Çin ümumilikdə ABŞ istehsalı olan 128 məhsul üçün gömrük rüsumlarını artırıb. Bəzi məhsullar üçün təyin edilmiş rüsumlar məhsulun ümumi dəyərinin 25%-ni təşkil edir. 

Teqlər