Quterreş Yəməndə insan faciəsi haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i300670-quterreş_yəməndə_insan_faciəsi_haqda_xəbərdarlıq_edib
BMT-nin baş katibi xəbərdarlıq edib ki, Yəmən dünyada ən böyük insan faciəsinin şahididir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2018 11:59 Asia/Baku
  • Quterreş Yəməndə insan faciəsi haqda xəbərdarlıq edib
    Quterreş Yəməndə insan faciəsi haqda xəbərdarlıq edib

BMT-nin baş katibi xəbərdarlıq edib ki, Yəmən dünyada ən böyük insan faciəsinin şahididir.

BMT-nin baş katibi Antonio Quterreş bu gün Cenevrədə Yəmənə yardım edən ölkələrin konfransında deyib ki, Yəməndə iyirmi iki milyon nəfərdən çox insan təcili yardımlar almağa ehtiyac duyur.

BMT-nin baş katibi qeyd edib ki, Yəmən didərginlərinin dörddə üçünü uşaqlar təşkil edirlər.

BMT-nin baş katibinin sözlərinə görə, Yəmən xalqının ilkin ehtiyaclarını təmin etmək üçün iki milyard altı yüz milyon dollarlıq yardıma ehtiyac var.

BMT-nin baş katibi həmçinin Yəməndə zərər çəkənlərə yardımın göstərilməsi üçün Səna hava limanı daxil olmaqla Yəmənin bütün aeroportları və limanlarının açılmasını istəyib.