Apr 04, 2018 08:53 Asia/Baku
  • Tramp: Ərəbistan ABŞ-ın Suriyadakı iştirakının xərcini ödəməlidir
    Tramp: Ərəbistan ABŞ-ın Suriyadakı iştirakının xərcini ödəməlidir

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Ağ Evdə Estoniya, Latviya və Litva prezidentləri ilə birgə mətbuat konfransında deyib: Səudiyyəlilər ABŞ-ın Suriyada qalmağını istəyirsə, bu işin maliyyə xərcini ödəməlidir.

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman 30 martda Vaşinqtondan öz hərbçilərini Suriyadan çıxarmamasını istəmişdi. 

ABŞ-ın terror qrupları ilə mübarizə bəhanəsi ilə qeyri-qanuni şəkildə Suriyada hərbi iştirakı var.

ABŞ-ın Yaxın Şərqdə 17 illik iştirakı dövründə 7 trilyon dollar xərclədiyini bildirən Tramp etiraf edib ki, bu ölkənin regiondakı iştirakının ölüm və viranlıqdan başqa heç bir nəticəsi olmayıb. 

ABŞ-ın hərbi komandanlarının son vaxtlar bu ölkə hərbçilərinin Suriyadakı sayının artırılması və uzun müddətli iştirakdan söz açdıqları halda, Tramp ötən həftə açıq şəkildə çox yüksək hərbi xərclərə görə ABŞ-ın tez bir zamanda Suriyadan çıxmasının ehtimalı haqda danışıb. 

Bu açıqlamalar Təl-Əviv və Ər-Riyada yaxın media və siyasətçilərin ABŞ-ın Suriyadan çıxmasının mənfi nəticələri haqda nigaranlıq etmələrinə səbəb olub. 

Suriya ordusu və müttəfiqlərinin terrorçular qarşısındakı son qələbələri səudiyyə və sionist rejimlərini çox nigaran edib. 

Səudiyyə Ərəbistanı Suriyada terror qruplaşmaları yaratmaq və dəstəkləmək üçün milyonlarla dollar xərcləyib. 

Ər-Riyad Suriyada terrorçuların tam məğlubiyyətinin qarşısını almaq üçün ABŞ-ın bu ölkədəki hərbi iştirakını davam etdirməsini istəyir. 

Teqlər