Apr 05, 2018 09:53 Asia/Baku
  • Çin-ABŞ ticarət savaşı  böyüyür

Çinin Maliyyə Nazirliyi Amerikadan idxal edilən 106 növ məhsul üçün 25%-lik gömrük haqqı təyin edəcək.

Röyters-in verdiyi məlumata görə, Çinin Maliyyə Nazirliyi çərşənbə günü bildirib: Amerikadan idxal edilən məhsullara 25%-lik gömrük haqqı təyin ediləcək. Bu məhsullar ərzaq məhsulları, kimya məhsulları, avtomobil sənayesi məhsulları, kənd təsərrüfatı məhsulları və bəzi təyyarə növlərini əhatə edir. 

ABŞ-ın Ticarət Nümayəndəliyi Ofisi (USTR) çərşənbə günü Çindən idxal edilən 1300 adda məhsul üçün 25%-lik gömrük haqqının təyin edilməsindən xəbər verib. Bu məhsulların ümumi dəyəri 50 milyard dollardır. 

ABŞ və Çin arasında qarşılıqlı olaraq iki ölkə məhsulları üçün gömrük haqlarının artırılmasına ABŞ prezidenti Donald Trampın Çin də daxil olmaqla bəzi ölkələrdən idxal edilən polad və alüminium üçün gömrük haqqını müvafiq olaraq 10 və 25 faiz artırmasının ardınca başlanılıb. 

Donald Tramp həmçinin, son zamanlar Çin istehsalı olan və ümumi dəyəri 60 milyard dollar olan məhsullara gömrük rüsumunun təyin edilməsi ilə bağlı yeni sənəd imzalayıb. 

Teqlər