Rusiyanın müdafiə naziri: İŞİD Əfqanıstanda baza yaratmaqla məşğuldur
https://azeri.sahartv.ir/news/dünya-i300886-rusiyanın_müdafiə_naziri_İŞİd_Əfqanıstanda_baza_yaratmaqla_məşğuldur
Rusiyanın müdafiə naziri deyib: Rusiya, Türkiyə və İran koalisiyasının Suriyada terrorçular ilə qətiyyətli rəftar etməsinin ardınca İŞİD digər məntəqələrdə, xüsusilə Əfqanıstanda yeni baza yaratmaqla məşğuldur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2018 08:19 Asia/Baku
  • Rusiyanın müdafiə naziri: İŞİD Əfqanıstanda baza yaratmaqla məşğuldur

Rusiyanın müdafiə naziri deyib: Rusiya, Türkiyə və İran koalisiyasının Suriyada terrorçular ilə qətiyyətli rəftar etməsinin ardınca İŞİD digər məntəqələrdə, xüsusilə Əfqanıstanda yeni baza yaratmaqla məşğuldur.

Sergey Şoyqu çərşənbə günü Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransının açılış mərasimində etdiyi çıxışında hazırda Əfqanıstanda 5400 İŞİD terrorçusunun olduğunu deyərək, əlavə edib: İŞİD-in Suriyada məğlub olmasından sonra, bu terrorçu qruplaşma hazırda Afrikada və Əfqanıstanda yeni bazalar yaratmaqla məşğuldur. Qalan terrorçular isə Asiya və Avropadakı ölkələrinə geri dönürlər. 

Şoyqu ABŞ hərbçilərinin ötən 50 ildə Mərkəzi Asiyada destabilliyin yaradılması üzrə mənfi rolunu tənqid edərək, deyib: Əfqanıstan İŞİD və digər terrorçular üçün təhlükəsiz məkana çevrilməkdədir. 

Rusiyanın müdafiə naziri həmçinin deyib: Rusiyanın 2015-ci ildə Suriyada hərbi əməliyyatlara başlamasından öncə Amerika sözdə İŞİD ilə mübarizə aparırdı. Amma, bu mübarizə İŞİD-in hər gün daha artıq güclənməsinə, Suriya və İraqda daha artıq əraziləri işğal etməsinə səbəb olmuşdu. 

Rusiyanın müdafiə naziri həmçinin deyib: Rusiya, İran və Türkiyə arasında koalisiyanın yaradılmasının ardınca vəziyyət dəyişdi, Suriyanın böyük bir hissəsi terrorçuların işğalından azad edildi və Suriyada "İslam Xilafəti"nin yaradılması ideyası məhv oldu.