Apr 06, 2018 09:19 Asia/Baku
  • Tramp ABŞ-ın Suriyadakı xərcini tənqid edib

ABŞ prezidenti Birləşmiş Ştatların Suriyadakı hərbi iştirakının xərcinin təmin olunmasını istəyib.

CNN televiziyasının məlumatına görə, ABŞ prezidenti Donald Tramp cümə axşamı günü ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında amerikalı qüvvələrin Suriyadan dərhal çıxarılmasını ağılsızlıq hesab edən öz təhlükəsizlik müşavirlərinin tövsiyəsinə reaksiyada qəzəblənib və regionun varlı ölkələri, o cümlədən Ərəbistanın ABŞ-ın Suriyadakı hərbi iştirakının xərcini təmin etmələrini istəyib. 

Donald Tramp bu qalmaqallı iclasda Amerikanın Yaxın Şərqdə xərclədiyi külli miqdarda vəsait barədə deyib: Qarşılığında Birləşmiş Ştatlar üçün heç bir nəticəsi olmayıb. 

ABŞ prezidenti əlavə edib: Nə üçün region ölkələri, xüsusilə də Fars körfəzinin varlı ölkələri bu məsələyə müdaxilə etmirlər. 

Lakin Tramp bu prosesdən əsəbiləşməsinə rəğmən, amerikalı qüvvələrin Suriyadan dərhal çıxarılmasında səbirli olması ilə razılaşıb. 

Teqlər