Çin Dünya Ticarət Təşkilatına şikayət etdi
https://azeri.sahartv.ir/news/dünya-i300968-Çin_dünya_ticarət_təşkilatına_şikayət_etdi
Çin hökuməti ABŞ-a idxal olunan Çin məhsullarına rüsumların artırıldığına görə, Dünya Ticarət Təşkilatına şikayət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2018 04:57 Asia/Baku
  • Çin Dünya Ticarət Təşkilatına şikayət etdi

Çin hökuməti ABŞ-a idxal olunan Çin məhsullarına rüsumların artırıldığına görə, Dünya Ticarət Təşkilatına şikayət edib.

İRNA-nın məlumatına görə, Çin Ticarət Nazirliyi cümə günü bir bəyanatda bildirib: Çin məhsullarına rüsumun artırılması ilə əlaqədar dəyən xəsarət haqda ABŞ-ın Çinlə müzakirədən çəkinməsini nəzərə alaraq, Çin öz qanuni mənafeyi və hüququnu müdafiə etmək məqsədilə bu təşkilatda münaqişələrin həlli prosesini başlamağa məcbur olub. 

Çinin Ticarət Nazirliyinin bəyanatında bildirilir: ABŞ-ın Çindən idxal etdiyi məhsullara rüsumların artırılması, çoxtərəfli ticarət sistemində ayrı-seçkiliyin olmaması prinsipi ilə ziddiyyətdədir. Birləşmiş Ştatların Çinin qanuni mənafeyi və gömrük rüsumlarının azaldılması haqda Dünya Ticarət Təşkilatına olan öhdəliklərini pozub.