Rusiya ABŞ-ın Koreya yarımadasındakı hərbi təlimlərini qınayıb
Rusiya Amerikanın Cənubi Koreya ilə birlikdə Koreya yarımadasında yeni hərbi təlimlərə start verməsi barədə bildirib ki, bu təlimlər koreya yarımadasında sülh və sakitliyin bərqərar olunmasına mane olur.
İRNA-nın verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərindən olan Ulk Burmistrov dünən Moskvada keçirilən təhlükəsizlik konfransında etdiyi çıxışında Amerikanın Cənubi Koreya ilə birlikdə Koreya yarımadasında başlatdığı hərbi təlimlərin dərhal durdurulmalı olduğunu bildirib və deyib: Bu kimi hərəkətlər regionda sülh və sakitliyin bərqərar olunması məqsədinə ziddir.
Burmistrov deyib: ABŞ və onun regiondakı müttəfiqlərinin əksinə olaraq Rusiya Çin ilə birlikdə Koreya yarımadasında böhranı məhdudlaşdırmağa səy göstərir.
Şimali Koreyanın böhranın aradan qaldırılması istiqamətində son müsbət addımlarına və Ş.Koreya rəhbərinin C.Koreya və ABŞ rəhbərləri ilə görüşməklə razılaşmasına rəğmən Amerika koreya yarımadasında hərbi təlimlərin növbəti mərhələsinə start verib.