Apr 09, 2018 18:22 Asia/Baku
  • Lavrov AB-nin sabiq sovet respublikaları barədəki mövqeyini tənqid edib
    Lavrov AB-nin sabiq sovet respublikaları barədəki mövqeyini tənqid edib

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Avropa Birliyi "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələri "Ya Qərb, ya Rusiya" seçimi qarşısında qoymamalıdır.

Sergey Lavrov deyib: Avropa Birliyi doğrudan da sabiq sovet respublikaları ilə rəftarda "Ya Avropa Birliyi, ya Rusiya" kimi şər məntiqi davam etdirməkdən əl çəkməlidir.

Lavrov bildirib ki, belə bir rəftar tamamilə ideoloji və siyasətdən təsir almaqdan irəli gələn bir münasibətdir.

Lavrov deyib: Şübhəsiz, həm Ermənistan, həm Azərbaycan Respublikası, həm də "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən digər ölkələr üçün önəmlidir ki, bu Avropa mexanizmi onları bu və ya onu seçmək qarşısında qoymasın. Zira belə bir rəftar ölkələrin maraqlarına ciddi zərər vurur; belə ki, bu cür davranış 2014-cü ildə Ukraynada çevrilişə səbəb oldu.

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Moskva Avropa Birliyi-Avrasiya İqtisadi Birliyi əlaqələrinin perspektivinə nikbindir və buna görə, üç il bundan qabaq Avropa Birliyinə ikitərəfli təmasın bərqərarı və iqtisadi sahələrdə tam iştirak təklifini verdi və bu təklif öz qüvvəsində qalmaqda davam edir.

Teqlər