Lavrov Suriyada kimyəvi silahdan istifadə ittihamını fitnəkarlıq adlandırıb
-
Lavrov Suriyada kimyəvi silahdan istifadə ittihamını fitnəkarlıq adlandırıb
Rusiyanın xarici işlər naziri deyib: Suriyanın Duma şəhərində kimyəvi silahın işlədilməsi barədə ittiham, təhrikedici və fitnəkar bir hərəkətdir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün müxbirlər qarşısında Rusiyanın bundan öncə Suriyada kimyəvi hücum iddiasının irəli sürüləcəyindən xəbər verdiyini bəyan edərək, söyləyib: Suriyadakı rus hərbçilər dəfələrlə xəbərdarlıq ediblər ki, başqaları bir daha Suriya dövlətini mülkilərə qarşı kimyəvi maddələrdən istifadədə ittiham etmək üçün təhrikedici hərəkətlər planlaşdırmaqdadırlar.
Lavrov əlavə edib: Amerika Suriyada uzun müddət iştirak etmək niyyətindədir.
Lavrov vurğulayıb: Rusiyanın Suriya hökumətinin kimyəvi hücumlarına dəstək verməsinə dair Moskva əleyhinə böyük kəşfiyyat savaşı da başlanıbdır.
Terrorçular şənbə günü axşamçağı Dəməşqin yaxınlığında yerləşən Duma şəhərini kimyəvi hücuma məruz qoydular ki, nəticədə 75 nəfər həyatını itirdi, onlarla nəfər də bədən xəsarəti aldı. ABŞ və suriyalı terrorçulara dəstək verən digər himayədarlar dərhal Suriya ordusunu bu hücumda rol oynamaqda ittiham etdilər. Bu ittiham elə bir şəraitdə irəli sürülübdür ki, suriyalı hərbçilər bu şəhərin azad edilməsinin bir addımlığında qərar tapıblar və bundan öncə Suriya, terrorçuların kimyəvi hücum ssenarisini irəli sürmək üzrə səyləri barədə xəbərdarlıq etmişdi.