Pekin Cənubi Çin dənizində elektronika müharibəsi təchizatları yerləşdirir
-
Pekin Cənubi Çin dənizində elektronika müharibəsi təchizatları yerləşdirir
ABŞ gəmilərinin cənub-şərqi Asiyada hərəkətlərinin artması ilə, Çin ordusu müdafiə obyektləri, o cümlədən elektronika müharibəsi təchizatları, düşmənin əlaqə sistemlərində problem yaradan avadanlıqları Cənubi Çin dənizində yerləşdirməyə başlayıb.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi bazar ertəsi günü təsdiqləyib ki, Çin düşmənin döyüş gəmiləri ilə qarşılaşmaq məqsədilə Cənubi Çin dənizində Spratli adalarındakı bazalarında elektronika müharibəsi təchizatını yerləşdirib.
Məlumata görə, Çin ildə milyardlarla dollar dəyərində məhsulun keçdiyi bölgədə uzunmüddətli və daimi müdafiə infrastrukturlarının inkişaf etdirilməsindən əlavə, Cənubi Çin dənizində böyük hərbi təlimlərə başlayıb.
Çin dəfələrlə bildirib ki, bu ölkənin Cənubi Çin dənizi sularındakı hərbi iştirakı müdafiə xarakterlidir. Hərçənd ABŞ rəsmiləri iddia edirlər ki, Çinin bu bölgədəki hərbi dəniz bazaları beynəlxalq gəmiçilik yollarında yerləşdirilib.