ABŞ federal polisinin məmurları Trampın vəkilinin ofisinə daxil olublar
-
ABŞ federal polisinin məmurları Trampın vəkilinin ofisinə daxil olublar
ABŞ-ın Federal Təhqiqat Bürosunun məmurları prezident Donald Trampın şəxsi vəkili Maykl Kohenin ofisinə daxil olaraq, əxlaqsız filmlərin aktrisasına susması haqda ödəməklər etməsi ilə bağlı faktları götürüblər.
İRNA-nın məlumatına görə, FTB məmurları Kohenin ofisinin araşdırılmasına orderi Rusiyanın ABŞ prezident seçkilərində iddia olunan müdaxiləsi haqda dosyenin xüsusi müstəntiqi Robert Mullerdən alıblar.
Məlumata görə, bu təftiş orderinin Rusiya haqda Mullerin araşdırması ilə birbaşa əlaqəsi yoxdur. Lakin bu araşdırma prosesində ifşa olunan məlumatlara əsasən verilib.
Maykl Kohen son vaxtlar bildirmişdi ki, Trampın vəkili olaraq Trampla qeyri-qanuni cinsi əlaqədə olmaq iddiası olan əxlaqsız filmlərin aktrisası Stefania Klifforda 130 min dollar verib.
130 min dollar Klifforda susmaq haqqı olaraq verilib. Belə ki, ABŞ prezident seçkiləri dövründə bu qeyri-qanuni əlaqəni ifşa etməsin.
Nyu-York Times qəzeti bir məlumatlı rəsmiyə istinadla bildirib: FTB məmurları bu məsələ ilə əlaqədar fatkarldan əlavə, Trampın Kohenlə təmaslarına şamil olan elektron məktublar, vergi sənədləri və ticarət faktlarını götürüblər.
Kohen həmçinin Rusiyanın ABŞ seçkilərində iddia olunan müdaxiləsi haqda dosyedə rola malikdir və indiyə qədər bununla əlaqədar konqresin müfəttişlərinə minlərlə sənəd verib.