Tramp gələn 2 ayda Şimali Koreya lideri ilə görüşəcək
ABŞ prezidenti gələn iki ayda Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini bildirib.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp deyib: Vaşinqton Şimali Koreya ilə təmasdadır və onlarla növbəti görüş may və ya iyun ayının əvvəllərində baş tutacaq.
Donald Tramp bildirib: ABŞ və Şimali Koreya arasında tərksilah razılaşması iki ölkə başçılarının növbəti iclasında reallaşa bilər.
Trampın açıqlaması elə bir haldadır ki, bir müddət öncə ABŞ mediaları Şimali Koreya ilə Birləşmiş Ştatlar arasında birbaşa və gizli müzakirələrdən xəbər vermişdilər.
Şimali Koreya və ABŞ-ın təhlükəsizlik rəsmiləri Donald Tramp və Kim Çen Inın növbəti görüşünün keçirilməsi haqda bir neçə dəfə görüşüblər. Monqolustan paytaxtı Ulan-Batur şəhəri bu görüşün keçirilməsi üçün seçimlərdən biri olaraq qeyd edilir.
Şimali Koreya liderləri bu görüşün Pxenyanda keçirilməsinə israr edirlər. Lakin Ağ Evin bu haqda mövqeyi hələlik bəlli deyil.