Apr 11, 2018 09:08 Asia/Baku
  • Rusiya ABŞ-ın Suriya haqda təklif etdiyi qətnaməni blokladı

Rusiya çərşənbə axşamı günü Təhlükəsizlik Şurasında ABŞ və müttəfiqlərinin Suriyanın Duma şəhərinə iddia olunan kimyəvi hücum haqda araşdırmanı tələb edən qətnaməsinə qarşı veto hüququndan istifadə edib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Rusiyanın BMT-dəki səfiri Təhlükəsizlik Şurasının iclasında bildirib: Moskva veto hüququndan beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və öz ekspansionist hərəkətlərində beynəlxalq ictimaiyyətə daxil olmağa cəhd edən ABŞ-a icazə verməmək üçün istifadə edib. 

Vasili Nebenzya əlavə edib: ABŞ və müttəfiqləri tərəfindən təqdim olunan qətnamənin ilkin mətni ictimai fikri yayındırmaq və qarşılaşmaya doğru başqa bir addım atmağa cəhddir. 

Rusiyanın BMT-dəki səfiri ABŞ və müttəfiqlərinin milli hakimiyyətə malik bir ölkəni sənəd-sübutsuz suçladıqlarını bildirərək deyib: Dumada kimyəvi silahdan istifadə olunması haqda heç bir sənəd yoxdur. 

Şərqi Qutənin Duma bölgəsində yerləşən Ceyşül-İslam terrorçuları Dəməşqi bu bölgəyə kimyəvi hücum etmək və onlarla nəfəri qətlə yetirməkdə suçlayıblar. Bu ittihamlar Suriya hökuməti tərəfindən qətiyyətli şəkildə rədd olunub. 

Terrorçuları dəstəkləyən qərb və ərəb mediaları terrorçuların bu iddiasından sonra Dəməşq əleyhinə güclü psixoloji müharibəyə başlayıblar. 

Teqlər