Rusiya ABŞ-ın Suriyaya ehtimal olunan hücumu haqda xəbərdarlıq etdi
Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi ABŞ-ın Suriyaya ehtimal olunan hücumun ciddi mənfi nəticələri haqda xəbərdarlıq edib.
TASS Xəbər Agentliyinin məlumatına görə, Vladimir Çijov deyib: ABŞ-ın hücumu nəticəsində Suriyada Rusiya vətəndaşları xəsarət görərsə, ciddi mənfi nəticələrə səbəb olacaq.
Rusiya xarici işlər nazirinin müavini və Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Mixail Boqdanov çərşənbə axşamı günü bildirib: ABŞ-ın Suriyaya ehtimal olunan hərbi hücumunun çox ağır mənfi nəticələri olacaqdır.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov da deyib: Rusiya ehtiyac duyulduğu halda Suriya əleyhinə Vaşinqtonun ehtimal olunan hərəkətinə qarşılıqlı cavab verəcək.
Suriyalı terrorçular iddia ediblər ki, Suriyanın Duma şəhəri kimyəvi bombardmana məruz qalıb. Nəticədə 75 nəfər həlak olub, onlarla nəfər yaralanıb.
Suriya hökuməti bu kimyəvi hücumda hər hansı müdaxiləni rədd edib.