Britaniya, Fransa və ABŞ başçılarının Suriya haqda təxribatları
Suriyada terrorçuları birbaşa və ya dolayısı ilə dəstəkləyən Britaniya, Fransa və ABŞ hökumət başçıları iddia ediblər ki, Suriyada kimyəvi hücuma reaksiya verilməlidir.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, çərşənbə axşamı günü Britaniya baş naziri Tereza Mey ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron razılığa gəliblər ki, dünya Suriyada (iddia olunan) kimyəvi hücumla əlaqədar məlumatlara reaksiya verməlidir.
Britaniya baş nazirinin ofisinin sözçüsü bildirib: Britaniya, Fransa və ABŞ liderləri beynəlxalq ictimaiyyətin kimyəvi silahdan istifadəyə qadağanı dəstəkləməsi üzrə razılığa gəliblər.
Ağ Ev də bildirib: ABŞ prezidenti Donald Tramp və Britaniya baş naziri Tereza Mey Suriyada kimyəvi hücumların davam etməsinə icazə verməyəcəklər.
Rusiya Xarici İşlər Nazirliyi bildirib: Suriyanın Duma şəhərində kimyəvi hücum haqda irəli sürülən iddialar sadəcə terrorçuların hərəkətlərini ört-basdır etmək və Suriyada xarici hərbi iştirakı əsaslandırmaq üçün izlənilir.
Rusiya xarici işlər nazirinin müavini və Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Mixail Boqdanov çərşənbə axşamı günü bildirib: ABŞ-ın Suriyaya ehtimal olunan hərbi hücumunun çox ağır mənfi nəticələri olacaqdır.