ABŞ-ın Suriyaya hərbi hücumu ehtimalı güclənir
Bəzi xəbər mənbələri Amerikanın Suriyaya qarşı hərbi hücum ehtimalının qarşıdakı saatlarda daha da ciddiləşməsindən xəbər verirlər.
Amerikada bəzi xəbər mənbələri bildiriblər ki, ABŞ rəsmiləri Suriyaya qarşı lazım olan bütün hərbi təchizatları o sıradan hərbi təyyarə, hərbi gəmi və hərbçi qüvvələri hazırlayıb və komadanlar sadəcə ABŞ prezidenti Donald Trampın əmrini gözləyirlər.
FoksNyus telekanalı bildirib ki, bir neçə saatadək ABŞ-ın Suriyaya qarşı hava hücumuna start veriləcək.
Bu gün Suriya səması və onun ətrafında heç bir sərnişin təyyarəsi uçmayıb.
Amerika təkrar bir sennaridə Suriya dövlətini şərqi Qutədə kimyəvi silahdan istifadə etməkdə ittihamlandıraraq Suriya dövlətini hərbi hücumla hədələyib.
ABŞ-ın Suriyaya qarşı bu ittihamı elə bir şəraitdədir ki, Suriya ordusu şərqi Qutədə terrorçulara qarşı böyük uğurlar qazanıb və Suriya dövlətinə qarşı kimyəvi silahdan istifadə ittihamını heç cür əsaslandırmaq olmaz.
Amerika və onun müttəfiqləri daima Suriyadakı məğlubiyyətlərini ört-basdır etməyə cəhd göstərirlər.
ABŞ elə bir şəraitdə Suriyaya qarşı təhdidlərini artırıb ki, Tramp bir neçə gün öncə bu ölkənin Suriyanı tərk edəcəyini bildirdi. Amma Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın Vaşinqtona səfərindən və bu səfər zamanı ABŞ-ın regiondakı hərbi xərclərini öz üzərinə götürməsindən sonra Tramp Suriyada qalmaqla razılaşdı.
Amerika 15 il öncə də İraqa qarşı şantaj edərək və BMT TŞ-yə yalan məlumatlar verməklə bu ölkəni hədəfə aldı və yüz minlərlə insanı qırğın etdi.