Çinin Ticarət Nazirliyi ABŞ-ın gömrük rüsumlarını yenidən artırmasına reaksiya verib
Çinin Ticarət Nazirliyi bir daha ABŞ-ın Çindən idxal edilən məhsullar üçün gömrük rüsumlarını artırmasına reaksiya olaraq, Pekinin Amerika ilə ticarət savaşının böyüməsindən qorxmadığını deyib.
Röyters-in verdiyi məlumata görə, Çinin Ticarət Nazirliyi cümə axşamı bir bəyanat yayaraq, Vaşinqtonun Pekin ilə ticarət savaşını davam etdirəcəyi və daha da gərginləşdirəcəyi təqdirdə, Çinin bir an olsun belə tərəddüd etmədən cavab tədbirləri görəcəyini bildirib və deyib: Amerika sədaqətsizdir.
Çinin Ticarət Nazirliyinin sözçüsü Qau Finq Pekin və Vaşinqtonun iki tərəf arasında yaranmış ticarət gərginliyi barədə heç bir müzakirə aparmadıqlarını deyərək, əlavə edib: Çin ABŞ-ın tamahkarlıqları qarşısında güzəştə getməyəcək.
ABŞ prezidenti Donald Tramp son zamanlar bir daha Çini Amerikanın texnologiyalarını oğurlamaqda ittiham edərək, Çindən idxal edilən 100 milyard dollarlıq məhsul üçün əlavə gömrük rüsumlarının təyin edilməsini istəyib. Tramp bundan öncə Çindən idxal edilən 50 milyard dollarlıq məhsul üçün gömrük rüsumlarını artırıb.
Çin hökuməti isə cavab tədbirləri görməklə yanaşı Dünya Tcarət Təşkilatına şikayət edib.