Tramp ABŞ-ın Suriyaya qarşı hərbi müdaxilə mövqeyindən geri oturub
https://azeri.sahartv.ir/news/dünya-i301726-tramp_abŞ_ın_suriyaya_qarşı_hərbi_müdaxilə_mövqeyindən_geri_oturub
ABŞ prezidenti Suriyaya qarşı militaris hay-küylərinə rəğmən bildirib ki, hələ Suriyaya qarşı hərbi hücumun zamanı bəlli deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2018 17:00 Asia/Baku
  • Tramp ABŞ-ın Suriyaya qarşı hərbi müdaxilə mövqeyindən geri oturub

ABŞ prezidenti Suriyaya qarşı militaris hay-küylərinə rəğmən bildirib ki, hələ Suriyaya qarşı hərbi hücumun zamanı bəlli deyil.

AP-nin verdiyi məlumata görə, Donald Tramp bu gün bir tvittdə yazıb ki, o heç vaxt Suriyaya qarşı hərbi hücumun vaxtını müəyyənləşdirməmişdir.

Tramp yazıb: Suriyaya hücum bəlkə tez bəlkə də gec ola bilər.

O tvittində İŞİD ilə mübarizə etdiyini iddia edərək Amerikaya təşəkkür də umduğunu bildirib.

Donald Tramp dünən bir tvittdə Suriyanı modern və ağıllı raketlərlə hədəfə alacağını bildirmişdi.