Apr 14, 2018 10:47 Asia/Baku
  • Kəşmirdə Hindistan hərbçilərinin cinayətlərinə qarşı aksiya keçirilib
    Kəşmirdə Hindistan hərbçilərinin cinayətlərinə qarşı aksiya keçirilib

Hindistanın nəzarətində olan Kəşmirdə əhali Hindistan dövlətinin yerli sakinlərə qarşı cinayətləri və repressiyaları əleyhinə etiraz aksiyası qarşıdurma ilə nəticələnib.

İranın hindu radiosunun verdiyi məlumata görə, Hindistanın təhlükəsizlik qüvvələrinin kəşmirli aksiyaçılara qarşı dünənki hücumunda bir neçə kəşmirli odlu silahla hədəfə alınaraq yaralanıb. 

Hindistanın təhlükəsizlik qüvvələri bir neçə aksiyaçını da həbs edib. 

Minlərlə kəşmirli də dünən cümə namazından sonra etiraz aksiyası keçirərək Hindistan təhlükəsizlik qüvvələrinin kəşmirliləri qırğın əməliyyatının davam etməsini pisləyiblər. 

Aksiyaçılar Hindistan baş nazirinə ölüm şüarları səsləndirərək Hindistanın təhlükəsizlik qüvvələrinin qadın və uşaqlara qarşı qırğın əməliyyatlarını pisləyiblər, cinayətkarların cəzalandırılmasını istəyiblər. 

Aksiya iştirakçıları bəzi ölkələr və beynəlxalq təşkilatların Hindistan dövlətinin cinayətləri qarşısındakı susqunluğunu qınayaraq BMT və İslami Əməkdaşlıq Təşkilatını Hindistanın təhlükəsizlik qüvvələrinin cinayətlərini durdurmağa çağırıblar. 

Kəşmirli aksiyaçılar hindistanlı hərbçilərin Kəşmiri tərk etmələrini istəyiblər. 

Son günlərin qarşıdurmalarında 25 kəşmirli öldürülüb. 

Hindistan çoxdandır bu ölkənin nəzarətində olan Kəşmirdə minlərlə hərbçi yerləşdirərək əhalinin hərhansı etirazını boğur və son 30 ildə 68 min nəfəri qətlə yetirib. 

Kəşmir əhalisi BMT TŞ-nin bu bölgənin müqəddəratını təyin etmək üçün referendum qərarının icrasını istəyirlər. 

 

Teqlər